Vasif Talıbovun nazirinin milyonluq yeyintiləri

Vasif Talıbovun nazirinin milyonluq yeyintiləri

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev haqqında şikayətlər səngimək bilmir.

Valyuta.az xəbər verir ki, Nicat Babayev 2019-cu ilin fevral ayında Ali Məclisin sabiq sədri Vasif Talıbovun fərmanı ilə nazir təyin edilib. Bu təyinatda Vasif Talıbovun Kəngərli rayonunun Yurdçu kəndindən olan sürücüsü Nüsrət Babayevin xidmətilərinin olduğu bildirilir. Çünki hər iki şəxsin qohumluq əlaqələrinin olduğu deyilir.

Nicat Babayev nazir olduğu 4 il ərzində Seymur Talıbovun "sosial mudafiəsi"ni gücləndirməklə məşgul olub. Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının bildirdiyinə görə, hər il dövlət büdcəsindən aztəminatlı ailələrə ayrılan 4 milyon manat pul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin müdiri Vüqar Məmmədovun əli ilə kartlara vurulur. Kartlardakı pul isə rayon və şəhər Sosial Müdafiə mərkəzlərində saxlanılmaqla, hər ay nazirliyin əməkdaşları tərəfindən çəkilərək Nicat Babayevə ötürülüb. Bunun nəticəsində də sənədlərdə Naxçıvanda işsiz vətəndaş olmayıb.

Növbəti yazımızda isə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən il ərzində aparılan alqı-satqı müqavilələrində qiymətlərin nə qədər şişirdilməsi barədə ətraflı bəhs edəcəyik.

Qeyd: Nazirliyin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...