Əli Əliyev kamera yoldaşını niyə döyüb? - TƏFƏRRÜAT

Əli Əliyev kamera yoldaşını niyə döyüb? -
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cinayət işinin detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, ittiham aktında qeyd edilib ki, təqsirləndirilən şəxs özünün 30 aprel 2022-ci il tarixli müraciəti əsasında təsərrüfat və məişət xidməti işi üçün paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasının Təsərrüfat xidmətində kitabxanaçı vəzifəsində cəza çəkərkən Təcridxananın 10-cu korpusunun 4 nömrəli kamerasında saxlanılan məhkumlar - zərərçəkmiş Qalib Həsənov (şərti) və iş üzrə şahidlər Malik Məmmədovla (şərti) Rafiq Mehdilidən (şərti) üstün tutaraq saxlandıqları kameranı növbəlik əsasında təmizlənməsinin və digər məişət işlərinin yerinə yetirilməsinin onun əvəzindən də görülməsini onlardan tələb edib.

Belə ki, o, 2022-ci ilin avqust ayının 23-ü saat 10:20-də həmin kamerada məhkum Qalib Həsənova yenə də kamerada təmizlik işləri görməsi barədə bildirib. Lakin Əli Əliyev bundan imtina edib.

Cinayət materallarında göstərilib ki, partiya sədri heç bir əsaslı səbəb olmadan kamerada olan 1 ədəd masanı və 2 ədəd stulları, eləcə də masanın üzərində olan ərzaq məhsullarını əli və təpiyi ilə vurub aşırıb. O, sağ əli ilə Qalib Həsənovun boğaz nahiyəsini sıxıb və yaxasından tutub kənara itələyib sağlamlığa zərərvurmayan boyun nahiyəsinin qançırları xəsarətlərini yetirib.

Daha sonra Əli Əliyev hərəkətlərini davam etdirib kameranın pəncərəsinin yanındakı digər masanın üzərində olan boş şüşə bankasını götürüb zərərçəkmiş şəxsin sağ yan tərəfindən baş nahiyəsinə qəsdən bir dəfə vurub.

Əli Əliyev ittihamları təkzib edir.

Qeyd: VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Ötən il noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində Əli Əliyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əli Əliyevin cəzası 1 ilədək artırılıb. Ötən ilin avqustda ona qarşı dördüncü cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...