Heydər Əliyevin sürücüsü 33 il sonra danışdı

Heydər Əliyevin sürücüsü 33 il sonra danışdı
“Heydər Əliyevi istər Azərbaycanda, istərsə də Moskvada onunla yaxın ünsiyyətdə olan hər kəs sevirdi”.

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 9-cu İdarəsinin əməkdaşı, Moskvada işlədiyi illərdə Heydər Əliyevin sürücüsü olmuş Vladimir Tupitsın bildirib.

“Yadımdadır, Azərbaycana məzuniyyət vaxtı gedən zaman ölkənin müxtəlif bölgələrini gəzirdik. O, insanlarla çox mehriban və dostcasına danışır, onların həyatı, problemləri ilə maraqlanırdı”, - deyə Tupitsın vurğulayıb.

V.Tupitsın əlavə edib ki, Heydər Əliyev ünsiyyətcil və insanları özünə cəlb edən böyük cazibə qüvvəsinə malik şəxs olub .

O, ümummilli liderin ailəsinə münasibəti ilə bağlı xatirələrini də bölüşüb:

“Heydər Əliyev çox qayğıkeş ailə başçısı idi. Ailə onun həyatında ən mühüm yer tuturdu”.

V.Tupitsın Heydər Əliyevin oğluna böyük diqqət yetirdiyini, onu atasının məsləhətlərinə əməl edən, onun işini davam etdirən layiqli davamçı kimi yetişdirdiyini bildirib.

“Elə ilk görüşümüzdə dərhal anlaşdıq, ikimiz arasında bir dənə də olsun anlaşılmazlıq halını xatırlamıram”, - deyən V.Tupitsın bu illər ərzində birgə işin mehriban şəkildə davam etdiyini vurğulayıb.

V.Tupitsın deyib ki, onun vəzifəsinə birlikdə işlədiyi yüksək vəzifəli şəxslərin təhlükəsizliyi məsələsi də daxil idi:

“9-cu İdarənin əməkdaşı olduğum üçün funksiyalarıma həm mühafizə, həm də insanların tam təhlükəsizliyini təmin etmək daxil idi. Səfərlərdən əvvəl bizim hərəkətimizin marşrutu həmişə yoxlanılırdı, Heydər Əliyev bizə tam etibar edirdi”.

O, belə münasibətin böyük məsuliyyət yaratdığını, eyni zamanda, iş prosesini asanlaşdırdığını əlavə edib.

Xatırladaq ki, Vladimir Tupitsın 1982-1990-cı illərdə Moskvada Heydər Əliyevin sürücüsü olub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
202 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...