Sumqayıtın 69 yaşlı icra başçısı yola salınır?

Sumqayıtın 69 yaşlı icra başçısı yola salınır?
Yaşı 65-i ötmüş yüksək rütbəli məmurların hakimiyyət komandasından uzaqlaşdırılması davam edir. Yaxın günlərdə karyerası başa çatacaq vəzifəli şəxslərin sırasında Sumqayıtın 69 yaşlı icra başçısı Zakir Fərəcovun da adı hallanır.

Adıçəkilən icra başçısının bayram tətilindən sonra yola salınması gözlənilir.

Hakimiyyətdəki mənbə bizimlə söhbət zamanı Z.Fərəcovun adının "qara siyahı"da olduğunu təsdiqləyib. O, bunu Sumqayıtın icra başçısının Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adamı olması ilə əlaqələndirib. V.Talıbovun Naxçıvandakı kadrlarından sonra Bakıdakı adamlarının cəzalandırılmasının vaxtının çatdığı deyib.

Qeyd edək ki Z.Fərəcov ölkədə ən uzunömürlü məmurlardan biri sayılır. O, 24 ildir ki, müxtəlif yüksək vəzifələrdə çalışır. 1999-2005-ci illərdə Sumqayıt şəhər bələdiyyəsinin sədri olan Z.Fərəcov həmin ilin avqustundan icra başçısı vəzifəsində çalışır. O 2005-2015-ci illərdə Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2005-ci ildən bu günə kimi Sumqayıt şəhər icra hakimiyyətinin başçısıdır.

Zakir Fərəcov həm Abşeron, həm də Sumqayıtda işlədiyi dövrdə əhalinin sosial problemlərinin həllinə ögey münasibəti ilə tanınıb./Yenisabah.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...