İcra Başçısının sabiq müavini iş adamlarını ziyana salıb - ŞİKAYƏT

İcra Başçısının sabiq müavini iş adamlarını ziyana salıb -
GUNDEMİNFO.AZ-ın poçtuna Göyçay rayonu Ləkçıplak kənd sakinləri tərəfindən şikayət ərizəsi daxil olub.

Şikayətçilər iddia edirlər ki, Göyçay rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyev tərəfindən bizə 34 000 manat dəymiş ziyanı ala bilmirlər.

"Hansı ki, İkram Vəliyev bizə 34000 manat ziyan vurmasını təsdiq edən konkret subutlar var və həttda özüdə bunu etiraf edir .Ancaq bizə vurduğu ziyanı ödəmək istəmir" deyə redaksiyamıza ünvanladıqlrı müraciətlərində jənd sakinləri bildirir.

Gundeminfo.az-a daxil olan məlumatda daha sonra qeyd edilir ki, 3 nəfər şərik 10 noyabr 2023-cü il tarixdə hər biri 12-13 kq olan 3880 yeşik xurma meyvəsini İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyducu anbara yığdıq.

"Razılaşmaya əsasən 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8000 manat pulu ödəmişik.Dekabırın sonuna kimi xurma meyvəsinin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq.Ancaq 3 yanvar 2024-cü il tarixdə bizə məlum oldu ki, 34000 manat dəyərində meyvə xarab olmuşdur.Bu isə soyuducu anbarda baş vermiş nasazlığa görə olmuşdur.Nəticədə də bizə 34000 manat ziyan dəymişdir.İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir".

Şikayətçilər qeyd edir ki, həmin xurma meyvələrini sakinlərdən almışdıq ki, satıb gəlir əldə edib onların pulunu ödəyək.İndi isə İkram Vəliyevin özbaşınalğına görə kənd sakinlərinə borclu qalmışıq pulu ödəyə bilmirik hər gün evimizə borc sahibləri gəlir.

Qeyd edək ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbar iş adamı milyader Fərhad Əhmədova məxsusdur.

Fərhad Əhmədov icra başçısının keçmiş birinci müavini İkram Vəliyevi özünə məxsus balıq gölləri, fermer təsərrüfatı və soyducu anbara müdir vəzifəsinə təyin etmişdir.

"Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb çox-çox xahiş edirik bizə 34000 manat ziyan vuran icra başçısının sabiq birinci müavini İkram Vəliyevin barəsində tədbir görüb bizə vurduğu ziyanın ödənilməsinə göstəriş verəsiniz" deyə Gundeminfo.az-a daxil olan müraciətin sonunda qeyd edilir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...