“İrəvan” klubunun prezidenti həbs edilib?

  “İrəvan” klubunun prezidenti həbs edilib?
Azərbaycanda futbol klubunun prezidentinin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.
Gundeminfo.az xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb.
İddia edilir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.
Klubun mətbuat katibi Mübariz Süleymanlının nəşrə verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.
Qeyd edilir ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...