Mandat qazana bilməsələr də ayda 1500 manat alacaqlar
SEÇKİDƏ İŞTİRAK EDİB MANDAT ALA BİLMƏYƏN PARTİYALAR DÖVLƏT BÜDƏCSİNDƏN HƏR AY 1500 MANAT ALACAQ
Deputatı olmayan partiyalar da büdcədən pul alacaq.
Keçən il qüvvəyə minən "Siyasi partiyalar” haqqında qanuna görə, - Vəsaitin 40%-i parlamentə düşən partiyalara, Vəsaitin 50%-i deputatların sayına görə bölünəcək.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə iqtisadçı ekspert Razi Abasbəyli öz sosial şəbəkkə hesabında məlumat verib.
O daha sonra qeyd edib ki, vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranmasına görə ayrılacaq.
Yerdə qalan 5 faizin isə - 2,5 faizi parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər bölünəcək.
Qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünəcək.
- Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.
Hazırda Azərbaycanda 26 siyasi Partiya rəsmi olaraq dövlət qeydiyyatından keçib.
1 sentyabr seçkilərində aşağıdakı 13 siyasi partiya seçkiyə qatılsa da mandat ala bilməyib.
Müsavat Partiyası
Ağ Partiyası (AğP)
Azərbaycan Ümid Partiyası (ÜMİD)
Azərbaycan Xalq Partiyası (AXP)
Azərbaycan Demokrat Partiyası (ADP)
Ədalət Partiyası
Müasir Musavat Partiyası (MMP)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
Yeni Zaman Partiyası (YZP)
Gələcək Azərbaycan Partiyası (GAP)
Haqq Ədalət Partiyası (HƏP)
Azad Vətən Partiyası (AZAD VƏTƏN)
İndi isə gəlin riyazi hesablama aparaq. 20024-ci ilin dövlət büdəcsindən siyasi partiyaların maliyyələşməsi üçün 5 milyon manat vəsait ayrılıb. Parlamentdə təmsil olunmayan siyasi partiyalar bir il üçün nə qədər vəsait ala biləcəklər.
5 milyon manatın 5 faizi 250 min manat edir. Bu vəsaitin 2.5 faizi, yəni 125 min manatı deputatı olmayan yuxarıda qeyd etdiyimiz 13 siyasi partiya arasında bərabər bölünəcək. Bu da 125 min : 13 = 9 min 615 manat edir. Yerdə qalan 2.5 faiz, yəni 125 min manat da deputatı olmayan, lakin aldıqları səsin həcminə görə 13 siyasi partiya arasında bölünəcək. MSK hələlik hansı partiyanın nə qədər səs almasına dair statistik məlumatları açıqlamayıb. Lakin ilkin məlumatlara görə bu rəqəm 13 partiya arasında təsminn eynidir. Yəni mandatsız qalan və seçkilərdə iştirak etmiş partiyalar aşağı-yuxarı eyni səs alıblar. O zaman da ehtimal ki, yerdə qalan 125 min manat da 13 siyasi partiya arasında bərbaər bölünəcək.
Beləliklə deputat yeri qazanmayan hər bir partiya dövlət büdcəsindən toplam olaraq İLLİK 17-18 miin manat vəsait alacaq. Əgər biz bu rəqəmi də bir ilə, yəni 12 aya bölsək o zaman deputatı olmayan siyasi partiya hər ay büdcədən 1500 manat pul ala biləcək.
187 dəfə oxundu