Fransa iqtisadi böhranın əsirinə çevrilib - Bizim gündəm

Fransa iqtisadi böhranın əsirinə çevrilib -
Fransa hökuməti maliyyə böhranından çıxmaq üçün daha ağır qərarlar qəbul etmək məcburiyyətindədir.
Hökumət bu həftə Fransanın iri korparasiyaları üçün vergini artırmaqla bağlı yeni qərar verə bilər.
Çünki Fransa hökuməti həm artan xarici borclarını konpensasiya etməlidir, həm də ziyanını azaltmalıdır. Hökumət əsas çıxış yolu kimi böyük şirkətlərin üzərinə qoyulan vergi yükünü artırmağı planlaşdırır.
Mühafizəkar baş nazir Mişel Barniyer ötən cümə günü yerli fransız xəbər agentliklərinə verdiyi açıqlamasında "təcili olaraq düşdüyümüz böhrandan çıxxmalıyıq" demişdi.
Bundan sonra dünya birjalarında Fransız korparasiyaların səhmləri dəyər itirməyə başladı.
Mişel Barniyer hesab edir ki, hazırda mənfəətin 25%-i olaraq təyin edilən və illik dövriyyəsi ən azı 1 milyard avro olan müəssisələr üçün ümumi vergitutma 33,5%-ə çatdırılıacaq.
Bu da həmin korparasiyalar üçün 8,5% əlavə vergi ödəmələri ilə bağlı rəsmi tələbdir.
Əslind bu 2017-ci ilə qədər Fransada qüvvədə olan korparativ vergi dərəcələrinin tətbiqi deməkdir.
Fransa hökuməti düşünür ki, vergi dərəcələrini 33.5 %-ə qədər artırmaqla 2025-ci ilin sonlarına qədər 8 milyard avro gəlir əldə etmək olar.
İndi bu məsələ ilə bağlı baş nazirin proqramına qarşı elə Fransa İqtisadiyyat və Maliyyə Nazirliyindən etirzlar var. Çünki belə bir islahat həm də orta sahibkar təbəqəsinin yükünün artmasına gətirib çıxaracaq.
Hazırda Fransada gəlir vergisi infilyasiyaya görə tənzimlənsə də, əmək haqqının həcminə görə 45 faizə bərabər ola bilir.
Yəni vergi yükünün iri korparasiyalar üçün artırılması yuxarıdan aşağı maliyyə bağına təsir göstərəcək və ən çox da orta sahibkarlar əmək haqqı bazasından 45 faizə qədər vergi ödəməli olacaqlar.
Beləliklə fransız baş nazir Mişel Barniyer ölkənin düşdüyü maliyyə böhranı vəziyyətindən çıxış yolu tapa bilmir.
Avrozonada isə ümumi iqtisadi göstəricilərinin ən çox pisləşdiyi ölkələrdən biri də Fransadır.
Hökumətin real təsir imkanları tapa bilməməsi, real maliyyə alətləri yarada bilməməsi isə yaxın aylarda Fransada tətillərin, etirazların artmasına, iri korparasiyaların müflis olmasına gətirib çıxaracaq.
İqtisadçı-ekspert
Razi Abasbəyli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...