İmişli İcra Hakimiyyətində tender pozuntusu

İmişli İcra Hakimiyyətində tender pozuntusu
Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti (AİİBNX) dünən İmişli rayon İcra Hakimiyyətinin tenderini ləğv edib. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi saytda məlumat yayılıb.
Bildirilir ki, İmişli İcra Hakimiyyəti İmişli şəhərinin Aşıq Ələsgər və Həzi Aslanov küçələrində abadlıq işlərinin satın alınmasını reallaşdırmaq üçün tender elan edib. 496.030 manatlıq tenderin ləğv edilməsinə səbəb isə ehtimal olunan qiymət ƏDV-dən xaric hesablanıb.
Xatırladaq ki, İmişli rayonun icra başçısı Rzayev Elçin Adil oğludur. Qeyd edək ki, o, 2018-ci ildən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. Elçin Rzayev müavin olmazdan əvvəl bir müddət Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha əvvəllər isə Elçin Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...