Qeyri-neft sektorunda 1.1 milyardlıq azalma - BİZİM GÜNDƏM

Qeyri-neft sektorunda 1.1 milyardlıq azalma -
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracatı 2.18 milyard ABŞ dolları təşkil edib. Hansı ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumilikdə 3.3 milyard dollar ixracat həyata keçirilmişdi.

Gundeminfo.az xəbər verir ki, qeyri-neft məhsullarının cari ildə 1.1 milyard dollar həcmində azalmasının bir sıra səbəbləri var.

Əsasən aqrar sektor üzrə tədarük edilən məhsulların və qızılın ixracatında azalma baş verib.

2024-cü ilin 8 ayı ərzində əsas ixrac bazarları arasında Rusiya, Türkiyə və Gürcüstan və ABŞ liderlik edib.

Bu dövr ərzində Rusiyaya 752 milyon dollar, Türkiyəyə 394.6 milyon dollar, ABŞ-a 164 milyon, Gürcüstana isə 157.7 milyon dollar dəyərində məhsul ixrac olunub. Qeyri-neft ixracatında əsas məhsullar arasında pomidor, pambıq, alüminium və metanol kimi sənaye və kənd təsərrüfatı malları yer alır.

Əsas diqqət çəkən məqam ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracatı ilə bağlı əsas artım ABŞ-la ixracatda baş verib.

2024-cü ilin ilk altı ayında Azərbaycanın ABŞ-a qeyri-neft məhsulları ixracatı 164 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 dəfə artım deməkdir.

Ümumilikdə, həmin dövrdə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 436 milyon dollara çatıb ki, bu da 2023-cü ilə nisbətən 73% artımdır.

Bəs Azərbaycanın qeyri-neft məhsullarının ixracatında geriləmənin əsas səbəbi nədir?

Azərbaycanın elektrik enerjisi ixracı 2024-cü ilin əvvəlində kəskin şəkildə azalaraq 51.1 milyon dollara düşüb. Bununla yanaşı, qızıl ixracatı da dünya bazarlarındakı qiymət dalğalanmalarına görə azalıb​.

Ekspertlər hesab edir ki, qeyri-neft sektorundakı 1.1 milyarda yaxın ixracat azalması, elektrik enerjisinin ixracatının kəskin azalması, qızılın qiymətinin aşağı olması, eyni zamanda ölkə daxilində hava şəraitinin qeyr-sabit keçməsi əsas ixracat məhsulu olan pomidor və pambıq tədarükündə azalmaya səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...