Avtomaşın ustası, yoxsa cadugər? - VİDEO

Avtomaşın ustası, yoxsa cadugər? -
TEREF yazır ki, özünü dindar kimi qələmə verən, amma cadugərliklə məşğul olan Rəsul adlı avtomaşın təmiri ustasının hüquq-mühafizə orqanları tərəfindən ifşa edilməsi barədə son günlər sosial şəbəkələrdə məlumat yayılıb. Bu məlumatı araşdırarkən öyrəndik ki, o, müştərilərindən birinə qarşı dələduzluq cinayəti törətməkdə, külli məbləğdə ziyan vurmaqda ittiham edilir və Xəzər Rayon Məhkəməsi tərəfindən haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Avtomaşın ustası, yoxsa cadugər? -

Görünür, bu dırnaqarası usta şeytan əməli sayılan cadugərliyə kələk gəlib, pul qopartdığı müştərilərinin, necə deyərlər, dilini-ağzını bağlamaq üçün əl atıbmış. Deyilənə görə, təmir etdiyi avtomaşının müxtəlif yerlərinə gizli şəkildə qoyduğu cadu, çəkdiyi qurd yağı ilə o, müştəriyə öldürücü təsir göstərmək istəyirmiş.
El arasında deyirlər – cadunun, qarğışın iki başı var, yəni bir ucu da qayıdıb özünə qənim olar. Elin sözü düz çıxıb: müştərisinin pulunu alıb mənimsədiyi bəs deyil, üstəlik, ona bəddua, cadu da edən Rəsul indi özü haqq-ədalət qarşısında cavab verməlidir. Dini baxımdan günah sayılan cadugərliklə məşğul olaraq insanları aldadan, onların həyatına, malına-mülkünə qəst etmək istəyən bir adamı qazmatda və axirətdə nələr gözlədiyini özü anlayırmı, görəsən? Hər halda, layiq olduğu cəzanı alar, inşallah!





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
80 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...