İmişlidə narazılıqların görünməyən "memarı" - İcra başçısı yerində olmayanda...
2020-ci ilin may ayının 21 də Dövlət Başçısının sərəncamı ilə İmişli rayonuna yeni icra başçısı təyin edilib.
2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra etmiş Elçin Rzayev İmişliyə icra başçısı təyin olunub.
İmişli rayonunda əhalinin etirazları ilə bağlı heç vaxt biz rayonun rəhbəri Elçin Rzayevi xalqın qarşısına çıxıb dərdlərinə dəva olacağını deməsinə rast gəlmədik.
Məsələn 2021-ci ildə İmişli rayonunun Bəcirəvan kəndinin bir qrup sakini mediaya müraciət ünvanlayır.
Müraciətdə Araz çayının Bəcirəvan kəndindən keçən hissəsində qum karxanasının bəlli qaydalardan kənar, qanunazidd şəkildə istismarından, adı qırmızı kitaba düşmüş ağacların məhv edilməsindən və iri tonajlı nəqliyyat vasitələrinin kəndin əkin sahələrini və asfalt örtüyünü məhv etməsindən bəhs olunur. Bildirilir ki, bu özbaşınalıqları həyata keçirən “AZE” MMC-nin rayonun Səmədli kəndi ərazisində başqa bir karxanası da var və eyni etirazlar o kənddə də müşahidə olunur...
Kənd sakinlərinin iddiasına görə bu karxanalar əslən İmişli rayonundan olan yüksək çinli bir məmura məxsusdur. (Hələlik həmən məmurun adının açıqlanmasını uyğun bilmirik.Red.) Müraciətdə indiyədək hüquq-mühafizə orqanlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və İmişli Rayon İcra Hakimiyyətinə şikayət edildiyi və nəticənin olmadığı da yer alır. (Bu yazışmaların və digər sənədlərin surəti də müraciətə əlavə olunub) Artıq vəziyyətin dözülməz olduğunu bildirən bəcirəvanlıların bu gün günorta saatlarında karxanaya aparan-kəndin əsas yolunu bağlayacaqları gözlənilir...Bəcirəvan kənd sakini Nurullayev Əlikömək bununla bağlı İmişli Rayon Polis Şöbəsini məlumatlandırdıqlarını da bildirdi.
Gundeminfo.az xəbər verir ki, Bəcirəvan kənd sakinlərinin narazılığı ilə bağlı Rayon İcra Hakimiyyətinin mediada bircə kəlmə də olsa açıqlaması yoxdur.
Daha sonra İmişli Şəkər Zavodunda işləyən insanlar etiraz edirlər. Onlar işdən çıxarılmalarından narazı idilər. Amma yenə icra başçısı Elçin Rzayevi tapmaq mümkün deyildi.
İmişlidə vətəndaşlar səhiyyədən şikayət edir və ölkə mediası bunu yayımlayır. Yenə də nə mətbuata, nə də rayon camaatına icra başçısı bir açıqlama vermir.
Faktları google.az axtarış sistemlərindən tapmaq olar. O qədər çoxdur ki, xronolji ardıcıllıqla düzsək uzun bir siyahı alınar.
İndi gəlin görək yerində olmayan İcra Başçısı zamanla rəhbəri olduğu rayonu necə idarə edir? Rayondakı sosial narazılıqla zamanla toplanır. Əgər İmişlidə bu günə qədər icra başşçısı 44 günlük Vətən Savaşından sonra Şəhid Ailələri ilə, qazilər, müharibə iştirakçıları ilə mütəmadi iş aparsaydı. Rayon ictimayyəti ilə daimmi təmaslarda olsaydı, o zaman rayonda nifuzundan istifadə edib, olacaq bütün arzuolunmaz olayları önləyə bilərdi.
Bəli məhz Dövlət Başçısnı təmsil etdiyini deyib kabinetindən çıxmadan səfa çəkənlərə görə ölkəmizdə sabitliyi pozmaq istəyənlər meydan sulayar.
İmişlinin icra başçısının da mövqeyini daim dinləməyə hazırıq.
112 dəfə oxundu