Saakaşviliyə hökm oxundu - 9 il məhkum edildi

Saakaşviliyə hökm oxundu -


Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili 9 il müddətə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, o, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib.

Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə hakim Badri Koçlamazaşvili onu 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.

Qeyd edək ki, Prokurorluq iddia edib ki, 2009-cu il mayın 1-dən 2013-cü il fevralın 25-dək M. Saakaşvilinin göstərişi və təşkilatçılığı ilə onun şəxsi məqsədləri üçün dövlət büdcəsindən 9 milyon lari (həmin illərdə təxminən 5,4 milyon dollar) mənimsənilib.

Xatırladaq ki, 56 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.[/center]


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...