'Azərlitoreya' dövlət rəsmilərini ələ salır


32gun.az ki, Seymur Teymurov həmin dövrdə Gənclər və İdman Nazirliyinin təqdim etdiyi yeni loqonu lağa qoyaraq, sosial şəbəkədə fərqli bir paylaşım edib. O, yaşıl fon üzərində "NBM" (Novruz Bayramınız Mübarək) yazılmış sadə bir dizayn paylaşaraq, loqonun həm görünüşünə, həm də 25 min manatlıq dəyərinə istehzalı yanaşıb.
Teymurov paylaşımında "25.000 manatlıq təbrik. Kim fikirləşibsə əladır" sözlərini yazaraq, açıq şəkildə nazirliyin yeni loqosunu ələ salıb.
'Azərlitoreya' nümayəndəsi nazirliyi ƏLƏ SALDI
Xatırladaq ki, 2022-ci ilin martında Gənclər və İdman Nazirliyinin təqdim etdiyi loqo cəmiyyət arasında böyük narazılıqla qarşılanmışdı. 25 min manata başa gələn sadə dizayn sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, bir çoxları tərəfindən qeyri-peşəkar və zəif iş kimi dəyərləndirilmişdi.
239 dəfə oxundu