Koronavirus bir "qlobal oyundur"?
Uzun zamandır koronavirus infeksiyası niyə yayılıb? Necə yayılıb? Bu infeksiya bilərəkdənmi yayılır? Ümumiiyyətlə bu bir qlobal oyundurmu? Suallar hərkəsi düşündürür.
Əgər bu pandemiya məqsədli şəkildə bütün dünyada yayılıbsa, o zaman kim qazanır? Bəzi Avropalı ekspertlər iddia edirlər ki, pandemiya virusun vaksinin satışı üçün qurulmuş oyun idi. İndi vaksin satan ölkələr məqsədlərinə çataraq gəlirəldə edirlər. Lakin bu heç də belə görünməyə bilər. Fikrə müaxlif olanlar iddia edirlər ki, vaksin satışından əldə edilən gəlirlər bir mərkəzdə cəmlənmir. Yəni Avropada, Çində, Rusiyada ayrı-ayrı ölkələrdə vaksinistehsal edilir. Nəticəetibarilə də dünyanın iqtisadi gücləri əsasən öz vaksinlərini özləri istehsal edirlər.
Bəs o zaman dünyanı dörd divar arasına qapatmaq kimə sərf edirdi?
Dünyada ciddi bir ərzaq qıtlığı yaranmağa başlayıb. Məsələn ötən ilin ortaralarında BMT-nin Baş katibi Antonio Quterreş deyirdi ki, təcili tədbirlər görülməsə, koronavirus pandemiyası dünyada ərzaq yoxluğuna gətirib çıxara bilər. BMT-n in hesaatında həyacan dolu məqamlar əsasən ərzaq tapa bilməyən insanların sayının sürətlə artaraq 350 milyon nəfərə qədər artdığı barədə idi. Və bu rəqəm eyni qaydada qapanma halı davam edərsə say daha da sürətlə artacaq.
Qapanma dövründə korupsiyalaşmış diktatorlar tərəfindən idarə edilən rejimlər də əllərini ciblərinə salmalı olurlar. Çünki insanların sərt etirazlarından yayınmaq üçün onlara xəsisliklə də olsa sosial dəstək paketləri ayrılmalıdır. Bu isə belə rejimlərin heç də xoşuna gəlmir. Demokratik rejimlər üçün də vəziyyət heç də ürəkaçan deyil, azad iqtisadi münasibətlər müstəvisində formalaşan büdcələrini azalan gəlirlər, passivlik fonunda xərcləmək zorunda qalırlar.
Deməli pandemiya qlobal oyundursa, ondan qazananlar nə diktatorlardır, nə də demokratlar. Zənginlər qazanmır, yoxsullar daha da yoxsullaşır. Yoxsulların sayının artması, başı bir qarın çörək qazanmağa qarışdırıb "şükr etməyi bacaran" toplumun qılınca yürüməsinə rəvac verə bilər.
Bəs o zaman niyə XXI əsrdə tibbi-texnoloji uğurların üst səviyyəsində olduğu bir zamanda problemin həlli yalnız bir əlcə tibbi maska ilə məhdudlaşır? Niyə pandemiya ortadan qalxmır? Dünya elminin bu xəstəliyi müalicə etmə potensialı yetmirmi? Bax bu məqamda da ciddi şübhələr var. Bir qrip və ya infeksiya bu qədər müddətdə bütün dünyaya necə hakim ola bilir?
Yenə də ortada "oyundur" iddiası var. Şübhələr getdikcə çoxalır. İnsanların psixoloji gərginliyi artır. Ölümlə eyni yataqda yatmaq atrıq bəşəriyyəti bezdirib. Və təbii ki, üsyan edirlər. Artıq heç kim, qaydalara əməl etmək istəmir...
Amma dünyanın beyin mərkəzləri bu "qlobal oyun"la bağlı suallara cavab ala bilməsə də, müəyyən ağıllı iddialar səsələndirməyə başlayıblar.
Yer kürəsindəki insanların sayını azaltmaq!
Planetin təbii ehtiyacları, ərzaq təlabatı ilə əhalinin artım tempı tərs mütənasibdir. İkinci dünya savaşından bəri dünyada əhali artımı çox sürətlə davam edir. Ərzaq qıtlığının yaranmasının əsas səbəblərindən biri də budur. Məsələn Britaniyada nəşr olunan “The Financial Times” qəzetinin yazdığına görə, koronavirus pandemiyası təkcə insanların həyatına son qoymur. Bəzi ölkələrdə dünyaya gələn körpələrin sayında da kəskin azalma var.
Cəmi bir ildə Avropa Birliyinin 27 üzvü içində doğum səviyyəsi 13 fazidən çox azalıb. Təkcə Fransa üçün bu, 1970-ci illərin körpə bumundan bəri ən kəskin azalmadır.
Keçən il Avropa Birliyi ölkələrində doğulan uşaqlarla bağlı statistika İkinci Dünya Savaşından sonra ən aşağı göstərici idi. Yəni...
Yəni dünya artıq savaşlarla əhalinin sayını azaltmaq deyil, ağğappaq xəstəxana palatasında səssiz ölümlərlə insanların sayını azaltmaqda daha qərarlı görünür. Yaxın Şərq müharibələri, İraq, Suriya və digər körfəz ölkələrində müharibələrdən Avropa yetərincə əziyyət çəkdi. Milyonlarla köçkün Avropaya yerləşdi. Onların qida təminatından tutmuş bütün yaşam şərtlərinin təmin edilməsinə qədər AB ölkələri xərcə düşdü. Üstəlik 100 ildir ki, yaşadıqları düzən, qaydalar dəyişməyə başlayır köçkün mühacirlərə görə. Həm də savaşların olduğu yerlərdə heç bir iqtisadi infrastruktur qalmadı. Kənd təsərrüfatından tutmuş sənaye obyektlərinə qədər hər şey sıradan çıxdı. Və milyonlarla insan çadırlarda oturaraq qida istəməyə başladı.
Deməli müharibələrlə insanların sayını azaltmaq heç də uğurlu sonuclar vermir. O zaman COVİD-in "qlobal oyun" olduğunu iddia edənlərin planet sakinlərinin sayının kəskin azaldılması üçün başlatdıqları ssenarri daha 5 il də davam edəcək.
Azərbaycanda...
Azərbaycanda da bütün dünya üçün xarakterik olan pandemiya dərdləri var. İşsizlik, yoxsulluq, xidmət sektorunun 2-ci ildir ki, çöküşü, əsəb, gərginlik və sair... Əlbəttə ki, yoluxanlar və bu xəstəlikdən vəfat edənlərin sayı. Məsələn kiçik bir detala diqqət edək: Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 126 min 571 körpə doğulub. Beləliklə, ötən il doğulan uşaqların sayında azalma olub. 2019-cu ildə bu rəqəm 141 min 179 doğulan körpə qeydə alınmışdı. Söhbət 2020-ci ildən gedir. 2020-ci ildə doğulan uşaqların sayının azalması statistikası o qədər də kəskin olmaya bilər. Çünki 2019-cu ildə də, 2020-ci ilin martına qədər də ölkədə karantin rejimi deyildi və toylar, şənliklər həyata keçirilirdi, ailələr qurulur və yeni doğulacaq uşaqların ailə planlanması aparılırdı. Doğulan uşaqlarla daha kəskin azalmanı biz az qala tam olaraq qapandığımız və hələ də davam edən 2021-ci ilin statistikasında görəcəyik. Yeni ailə qurmaq üçün heç bir icazə sistemi yoxdur. Min illik adətlərin icra edilməsi yasaqlanıb. Deməli daha 5 il də pandemiya qadağaları qüvvədə qalsa Azərbaycanda əhalinin artımı ciddi şəkildə azalacaq. Üstəlik də COVİD-19 daha çox təqaüd yaşında insanların sayının azalmasına səbəb olacaq. Nəticə etibarilə də bütün dünyada eyni prosseslər gedəcək.
Əahlinin sayı sürətlə azalmağa başlayacaq...
Razi ABASBƏYLİ
İqtisadçı-ekspert
69294 dəfə oxundu