UNEC borclu MMC-ni tender qalibi etdi

UNEC borclu MMC-ni tender qalibi etdi
Azərbaycan Dövlət İqtisad Universiteti (Publik hüquqi şəxs) sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Universitetin “Təmir işləri ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 2.882.282 manat təşkil edib.

Satınalmada “KLF QROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1302338111) qalib elan edilib.

“KLF QROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 2010-cu ilin dekabr ayının 16-də dövlt qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Quliyev Rafiq Sahib oğludur.

Hüquqi ünvanı Yasamal rayonu, İslam Səfərli ev 49/6 olan “KLF QROUP” MMC-nin fəaliyyət profili barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Azərbaycan Dövlət İqtisad Universitetinin sifarişçi olduğu 2.8 milyon manatlıq tenderdə qalib elan etdiyi “KLF QROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə 24.614 manat vergi borcu var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin dövlət satınalmasında iştirakı qadağandır.


UNEC borclu MMC-ni tender qalibi etdi
UNEC borclu MMC-ni tender qalibi etdi

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...