"Azneft" rəhbərliyində xadimənin də haqqına göz dikən var

"Azneft" rəhbərliyində xadimənin  də haqqına göz dikən var
İxtiyar Abışov neftçidir. Deyir ki, 1987-ci ildən neft daşlarında çalışıb. Ta ki bir ayağını itirənədək.
O danışır ki, bundan sonra olanları rəhbərliyə xəbər versə də, tibbi yardım almayıb. İşini itirməmək xətrinə yaralı halda günlərlə dənizdə işləyib. Dənizi tərk edib müalicə almağa başladıqda isə artıq gec olub.
DİA.AZ bildirir ki, Azneft İstehsalat Birliyi açıq dənizdə Neft Daşlarında fəaliyyət göstərir. Burada ümumilikdə 6000-ə yaxın işçi çalışır.
Bu, Azneft İstehsalat Birliyinin adının hallandığı ilk şikayət deyil. İndiyə qədər neftçilərin təhlükəli, antisanitar şəraitdə işləməsi ilə bağlı dəfələrlə materiallar dərc olunub.
Hətta 2019-cu ildə qurumun tərkibinə daxil olan idarə və müəssisələrin
monitorinqi zamanı əksər sanitar qovşaqların vəziyyəti belə idi.
İxtiyar Abışov deyir ki, ayağını işdə itirib, ancaq bu, iş qəzası kimi aktlaşdırılmayıb:
“Toplum TV” şikayətlə bağlı 1 ay ərzində "Azneft" rəhbərliyinı dəfələrlə müraciət edib. Qurumun haqqındakı iddialara münasibəti cəmi bir cümlədən ibarət olub:
“Neft Daşları NQÇİ-də işlədiyi dövrdə İxtiyar Abışovla bağlı hər hansı bədbəxt hadisə baş verməyib”.
57 yaşlı İxtiyar Abışov deyir ki, tək ayaqla dolanmaq asan deyil. Onun mübarizə aparmaq üçün yeganə yolu məhkəmədən keçir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
195 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...