Təhsilimizin tenderlə talanan milyonları

Təhsilimizin tenderlə talanan milyonları
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “ST Mark” QSC ilə satınalma müqaviləsi imzalayıb.

GUNDEMİNFO.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, maliyyə dəyəri 433441.85 AZN olan müqavilədə atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı xərclər maddəsi üzrə malların satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ST Mark” QSC 17 sentyabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A-da yerləşir. QSC-nin qanuni təmsilçisi İsmayılov Fərxan Məmmədhüseyn oğludur.

Fərxan İsmayılov həm də “Fərxan” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 18 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

Araşdırmalarımnız zamanı bəlli olub ki, Fərxan İsmayılov 2016-cı ildə daha bir şirkəti dövlət qeydiyyatından keçirib. Bu, “Veles” MMC-dir. Sonradan şirkət təşkilati hüquqi formasını dəyişərək, QSC-yə çevrilib. Eyni zamanda şirkətin qanuni təmsilçisi də dəyişib.

“ST Mark” QSC-yə gəlincə, şirkət əvvəl MMC kimi fəaliyyət göstərib və hüquqi ünvanı Xətai rayonu, Xocalı, ev 55-də (AGA Center) yerləşib.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2020-ci ildə də “St Mark” QSC (həmin vaxt MMC kimi fəaliyyət göstərib) ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 2 999 999.99 AZN olan müqavilədə idman invertarının satın alınması nəzərdə tutulub.

2022-ci ildə isə “ST Mark” QSC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi satınalma müsabiqəsinin qalibi olub. Qurumla şirkət arasında maliyyə dəyəri 27 994.99 AZN təşkil edən müqavilə imzalanıb. Müqavilədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatı üçün dəftərxana və təsərrüfat ləvazimatları, mal və materialların satın alınması nəzərdə tutulur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...