GDU-da müdhiş talan, alimlər imdad diləyir - Şikayət edirlər

GDU-da müdhiş talan, alimlər imdad diləyir -
Bütün Respublika Qarabağın bərpasına çalışdığı halda, Gəncə Dövlət Universitetinin rəhbərliyi talançılıqla məşğuldur.

Bu barədə GUNDEMİNFO.AZ-a ünvanlanan Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından Maqbet Mütülü oğlu Əhmədov müraciətində qeyd edilir. Dövlər Başçısında ünvanlanan müraciətində Maqbet Əhmçədov iddia edir ki, ölkə üzrə əksər ali məktəblərdə akadmeik heyyətin əmək haqıları artırılsa da, bu universitetdə heç bior dəyişiklik baş verməyib.

- Cənab Prezident, biz- Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir.

Məlumunuz edirik ki, Gəncə şəhərində yerləşən universitetlərin hamısında əmək haqqı Gəncə Dövlət Universitetindən xeyli yuxarıdır. Ancaq GDU-da tələbələrin sayı və ödəniş haqqı o biri universitetlərdən çoxdur. Rektor Yusif Yusibov əməkdaşlara deyir ki, nə vaxt nazir dövlət sifarişi ilə oxuyan tələbələrin ödəniş haqqını qaldırsa, onda biz bu məsələyə baxa bilərik. Universitetin büdcəsi rəhbərlik tərəfindən talan olunur. Keçən il alınmış stolları, stulları, lövhələri, partaları, mebelləri, nootbukları bu il çıxarıb təzəsini alırlar. Çıxarılan avadanlıqlar isə silinərək satılır. Heç bir avadanlığın qaimədəki qiymətlri ilə real qiymətləri uyğun gəlmir. Baha qiymət yazılır, ancaq bu qiymətdən 5-6 dəfə ucuz keyfiyyətsiz mallar alınır. On manata alınacaq avadanlıqları beş-altı dəfə baha qiymətə sənədləşdirib pulları silirlər. Bundan başqa universitetin pullarını təmir adı ilə silirlər, amma təmiri isə dekanlardan pul yığıb onlara etdirirlər.

8 XİDMƏTİ MAŞINA NƏ EHTİYAC VAR?

Baş nazir Əli Əsədov Elm və Təhsil Nazirliyində olan 89 xidməti maşınların sayını 13-ə saldığı halda bizim universitetdə günü-gündən maşınların sayı artır, rektorun köməkçisinə, prorektorlara, müşavirinə, magistr təhsili belə olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə də xidməti maşın və sürücü ayırıblar (20 AA 522). Bu maşınlar üçün də qarşısına asfalt salmaq üçün hər dekandan 500 manat almaqla universitetin həyətində maşın dayanacağı düzəldilir. Azərbaycan Texnologiya Universitetində cəmi 2 maşın biri rektorun, biri isə prorektorun var. Amma GDU-da 8 xidməti maşın var. Söhbət maaş artımından düşəndə isə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pulumuz çatmır.

NİYƏ ƏMƏK HAQLARINI ARTIRA BİLMİRLƏR?

Elm və Təhsil nazirindən soruşmaq istəyirik ki, necə olur başqa universitelərdə əmək haqqı Gəncə Dövlət Universitetinən xeyli yüksəkdir? Prezident fərman verib minimum əmək haqqını 300 manat edəndə Gəncədəki universitetlər maaşları 20-40 % artırdı. Azərbaycan Texnologiya Universiteti 14 sentyabr 2022-ci ildə Elmi Şuranın qərarı ilə maaşları yenidən 20 % artırdı. Amma bunlar GDU-da baş vermədi. Minimum əmək haqqı 300 manat olsa da GDU-da tədris-köməkçi heyət hələ də 250-270 manat maaş alırlar. Bir ştat dosent vəzifəsini tutan şəxsin maaşı digər universitetlərə nisbətən GDU-da qat-qat aşağıdır. Azərbaycan İqtisad Universitetində dosent üçün saat hesabı dərsin 1 saatının ödəniş haqqı 27 manat, Azərbaycan Texnologiya Universitetində 12 manat, Gəncə Dövlət Universitetində isə 3 manat təşkil edir. Səbəb acınacaqlı olsa da yazmalıyıq. Rektor həm də maşın həvəskarıdır. Onun kolleksiyasındakı bütün bahalı maşınların hamısının nömrəsi xidməti maşınına uyğundur (20 AA 082).

Gundeminfo.az-a daxil olan müraciətdə daha sonra qqeyd edilir ki, rektor Maliyyə Nazirliyində işləyən qardaşı Yusif Yusubova güvənir deyə heç kimlə hesablaşmır.

"GDU- da maliyyə vəsaiti düzgün xərclənmir.Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində işlədiyindən onun bu əməlləri ört-basdır edilir. Yusif Yusibov həmişə deyir ki, Mikayıl Cabbarov və Ceyhun Bayramov mənə dayı deyir. Gəncə Dövlət Universitetində lazımsız xeyli şöbələr yaradılıb. Bu şöbələr öz funksiyasına uyğun olmayan işlərlə məşğuldur. Tələbələrin dərsə davamiyyətini yoxlamaq üçün qrup nümayəndəsi, fənn müəllimi, dekan, dekan müavini, tyutorlar var. Müxtəlif şöbələrin əməkdaşları, rektorun və prorektorun köməkçiləri, bütün günü onu-bunu güdüb kimin nə danışdığını tədris məsələləri üzrə prorektora çatdıran Məhərrəm adlı şəxs əlinə siyahı alıb dərsi pozaraq gün ərzində bir neçə dəfə bütün auditoriyalarda tələbələrin dərsə davamiyyətini yoxlayır. Maraqlıdır, onda adları yuxarıda çəkilən şəxslər nə üçündür?

İNNOVATİV "PUL SİLMƏ ŞÖBƏSİ"

İnnovasiyalar departamenti- bu şöbəni "pul silən" şöbə adlandırmaq daha düzgün olar. Bu şöbənin əksər əməkdaşları erməni əsilli olmaqla bir ailənin üzvləridir. Bu şəxslər layihə adı altında xarici ölkələrdə gəzirlər. Ortada bir şey olmasa da, universitetin pulları layihə adı altında silinərək rəhbərlik tərəfindən xərclənir. Bu pullar nə qədər şirindirsə, vaxtı ilə erməni əsilli bu qardaşlara nifrət edən indiki prorektor Şahin Xurşudov da deyir ki, nə professor, nə dosent, bütün universitet Vasif və Asif qardaşlarının çiyinləri üstündə dayanır. Amma Vasif Həsənov özü "İnformatika" kafedrasının müəllimidir, amma bu günə kimi bir saat belə dərs keçməyib. Bütün tədris ili boyunca layihə adı altında Fransada, Ruminiyada, Hollandiyada və s. gəzir. İndi bir neçə ay bundan qabaq rektorun birləşdirdiyi kafedrada inqilab yaratmaqla, müəllimləri kafedra müdirinin üstünə qaldırıb kafedranı yenidən parçalamaq və öz xalası Gülmirə Verdiyevanı müdir seçdirmək istəyir.

Universitetdə Elm və innovasiyalar üzrə prorektor vəzifəsi var və olmalıdır. Amma bu ştat ola-ola rektor əlavə "Elm şöbəsi" yaratmaq, ora bir 10000 manat alıb müdir və 5000-7000 manat alıb bir neçə də əlavə işçi götürmək istəyir. Maraqlıdır, bütün əlaqədar təşkilatlar da bu hoqqalara göz yumur.
Ümumiyyətlə, Gəncə Dövlət Universitetində işin təşkili dövrün tələblərinə çavab vermir. Qabiliyyətli kadrlara üstünlük vermək əvəzinə rektor öz dəstəsinə aid olan əməkdaşları müxtəlif vəzifələrə təyin edir. Hətta iş o yerə çatıb ki, heç bir iş qabiliyyəti olmayan, hətta yerimək imkanı olmayan, yataq xəstəsi olan əməkdaşlar - "Kimya" kafedrasında Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov və "Riyazi analiz" kafedrasında Əliqulu Quliyev ştat cədvəlində saxlanılır, onlara əmək haqqı verilir, dərslər isə bəzi adamlar tərəfindən guya əvəz olunur. Ancaq elmi dərəcəsi olan müəllimlərə əlavə olaraq 0,5 ştat əvəzçiliklə işləməyə icazə vermək istəmirlər. Əvəzində bu il hərəsindən 7000-10000 manat almaqla 18 nəfər yeni müəllim götürüblər. Müəllimlərin işə qəbul imtahanından keçə bilməyən şəxslər GDU-ya müəllim götürülür. Universitetin təsərrüfat şöbəsində çoxlu "ölü canlar" var. Bunların da maaş kartları Yusif Yusibov və Fəxrəddin Həsənovdadır.

Ümumiyyətlə, Gəncə Dövlət Universitetində kadrların işə qəbulu olduqca bərbad vəziyyətdədir. Guya ki, işə qəbul olunmaq üçün komissiya yaradılıbdır. Ancaq komissiyanın tərkibinə nə kafedra müdirləri, nə yaxşı metodist müəllimlər salınmayıb, elmdən bixəbər təsadüfü adamlar salınıblar, onların da fəaliyyəti göz qabağındadır. Kadrların vəzifəyə təyin olunması onların iş qabiliyyətinə görə deyil, başqa meyarlarla təyin olunur. Üniversitetdə işə düzəlmək üçün xüsusi preskurant təyin olunmuşdur.

Qeyd edək ki, GUNDEMİNFO.AZ olaraq yazıda adları çəkilənlərin də mövqeyini də dinləməyə hazırıq.
ARDI SABAH YAYIMLANACAQ!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...