Gədəbəydə kişi arvadını bıçaqladı - Oğul da atasını öldürdü

Gədəbəydə kişi arvadını bıçaqladı -
Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi, V. Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb.

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, ilkin araşdırmalar nəticəsində V. Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda rayon prokurorluğunda cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...