ABŞ-da etnik azərbaycanlılardan ibarət İranyönlü qrup ifşa olunub

ABŞ-da etnik azərbaycanlılardan ibarət İranyönlü qrup ifşa olunub
Cümə günü ABŞ İranın regionda və dünyada "düşmənçilik hərəkətləri"ni qətiyyətlə pisləyib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücumu Turan-a şərh edən Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib ki, hadisənin səbəb-nəticə əlaqəsini müəyyən etmək lazımdır.
"Biz konkret olaraq nə baş verdiyini, bunun motivlərini aydınlaşdırırıq və bütün bunları hələ üzə çıxarmaq lazımdır", - deyə o bildirib.
ABŞ istənilən formada zorakılığı qınayır və xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsinə sadiqdir.
"Azərbaycan Xarici İşlər Nazirliyinə və Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində xəsarət alanların və həlak olan şəxsin ailələrinə başsağlığı veririk", - deyə o bildirib.
"Qeyd edirik ki, son aylarda Azərbaycanın bir sıra digər ölkələrdəki missiyaları da təhlükəsizlik problemləri ilə qarşılaşıb və biz bir daha bütün diplomatik missiyaların təhlükəsizliyinə dəstəyimizi ifadə edirik", - deyə o əlavə edib.
"Biz həmçinin İran hökumətinə İrandakı xarici diplomatların müdafiəsi ilə bağlı Cenevrə Konvensiyasına uyğun olaraq məsuliyyət daşıdığını xatırlatmaq istərdik".
Tehranda cümə günü baş verən hücum ABŞ-ın Ədliyyə Nazirliyinin Şərqi Avropada yaşayan üç nəfərə - Azərbaycandan olan Xalid Mehdiyevə, İrandan Rafat Əmirova və Gürcüstan vətəndaşı Polad Ömərova qarşı İranda hazırlanmış sui-qəsd haqqında ittiham irəli sürməsindən sonra baş verib. Onlar İran hakimiyyətinin qadınlara qarşı repressiyalarını tənqid edən İran əsilli Amerikalı hüquq müdafiəçisi Məsih Əlinejadı öldürməli idilər.
Bu şəxslər hər üçü Şərqi Avropada öz üzvləri arasında "Qanun oğruları" kimi məşhur olan cinayətkar təşkilatın üzvüdür. Onlar İranla bağlıdır və ötən il Əlinejadı öldürmək tapşırığı alıblar, deyə ittiham aktında bildirilir.
Fəxrəddin Əmirov (həm də Fəxrəddin Mirzəyev kimi məşhurdur) cinayətkar təşkilatın lideridir və yanvarın 26-da ABŞ-da həbs olunub.
Ömərov da (və ya Araz Əliyev) təşkilatda rəhbər rola malikdir, o yanvarın 4-də Çexiyada həbs edilib və ABŞ onun ekstradisiyasını tələb edir.
Mehdiyev Yonkersdə, Nyu York ştatında yaşayır və 29 iyul 2022-ci il tarixində həbs olunub və yanvarın 31-də məhkəmə qarşısına çıxarılacaq.
"Təşkilat İranla bağlıdır və amansızca fəaliyyət göstərir, qətllər, oğurluqlar, hücumlar və pul tələb etməklə məşğul olur, onun üzvləri isə adətən səkkizguşəli ulduz döymələri və digər təsvirləri ilə seçilirlər", - deyə ittiham aktında bildirilir.
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan cümə günü səsləndirdiyi bəyanatda deyib ki, ABŞ "İranın və ya digər avtoritar rejimlərin ölkəmizdə qanuni əsaslarla yaşayanların təhdid edilməsi və qorxudulması ilə fərqli düşüncənin boğulması səylərini ixrac etməsinə imkan verməyəcək".
"Və biz bu cür fəaliyyətdə iştirakı olan şəxsləri məsuliyyətə cəlb edəcəyik", - deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...