Rüşvətə görə tutulan dekanla bağlı qərar verildi

Rüşvətə görə tutulan dekanla bağlı qərar verildi
Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

GUNDEMINFO.AZ APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib.
Qərara əsasən, Famil Nəsibov barəsində vəzifədən kənarlaşdırılması şərtilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, professor Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanıdır.
Rüşvət almaqda ittiham olunan dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Famil Nəsibov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi üzrə təqsirləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...