Sabiq “JEK” rəisinin oğlu ilə bağlı qərar ləğv olundu
2,5 milyon manatlıq dələduzluqda ittiham edilən keçmiş polis əməkdaşı Elvin Həşimlinin bəraət alması ilə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.
GUNDEMINFO.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ali Məhkəmə prokurorun protestini əsaslı sayıb.
Məhkəmə belə qənaətə gəlib ki, Elvin Həşimli ilə bağlı bəraət qərarı işin faktiki halları ilə uyğun gəlmir. Bu əsasla Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün baxışa təyin olunub.
Qeyd edək ki, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda ittiham olunub. İttihama görə, Elvin Həşimli zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi Bakı Ağır Məhkəməsində araşdırılıb. Hökmə əsasən Elvin Həşimlinin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş protesti təmin etməyib.
Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. Sonradan daxili işlər orqanlarından xaric edilib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğlu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin kürəkənidir.
502 dəfə oxundu