Krımda azərbaycanlı gənci öldürən ermənilər beynəlxalq axtarışa verilib

Krımda azərbaycanlı gənci öldürən ermənilər beynəlxalq axtarışa verilib


“Krımda öldürülən azərbaycanlı gəncin qatillərinin kimliyi dəqiqləşdirilib. Onların milliyyətcə erməni olmaları təsdiqlənib, bir nəfərin erməni diasporunun fəalı olduğu üzə çıxıb”. Bunu APA-ya açıqlamasında qətlə yetirilən Rahil Mehdiyevin atası Əbdürrəhman Mehdiyev deyib.

Məsələ ilə əlaqədar ötən həftə Yalta prokurorluğunda olduğunu deyən Ə. Mehdiyev qeyd edib ki, ona qatillərin 4 nəfər olduğu və onların beynəlxalq axtarışa verildiyi bildirilib. Onun sözlərinə görə, onlardan birinin yeri məlum olsa da, hələlik saxlanılması mümkün olmayıb: “Mənə bildirdilər ki, həmin şəxslər saxlanılanadək onların adlarını açıqlamayacaqlar”.

Qeyd edək ki, 2015-ci ilin avqustun 16-da ailəsi Ukraynanın Xerson şəhərində yaşayan 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rahil Mehdiyev Yaltada çalışdığı ticarət mərkəzində kütləvi dava zamanı bıçaqlanaraq qətlə yetirilib. Hadisəyə səbəb onun obyektin yaxınlığında digər azərbaycanlı gənclə iki erməni arasında baş vermiş mübahisə olub. R. Mehdiyev ermənilər tərəfindən təhqirə məruz qalan həmyerlisini müdafiə etməyə çalışıb. Bu zaman ermənilər onun ünvanına nalayiq ifadələr işlədiblər və nəticədə kənardan edilən müdaxilələr nəticəsində kütləvi dava düşüb. Dava nəticəsində R. Mehdiyev aldığı çoxsaylı bıçaq zərbələri nəticəsində yerindəcə keçinib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...