Masallıda "zapravka"lara silahlı basqın edən şəxs tutuldu YENİLƏNİB

Masallıda "zapravka"lara silahlı basqın edən şəxs tutuldu


Masallı rayonunda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxs tutulub. Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elçin Fərəcov APA-ya bildirib ki, yanvarın 14-də rayonun Sərçuvar kəndində Bayram Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törədən rayonun Çaxırlı kənd sakini, 1992-ci il təvəllüdlü Cəlal İlqar oğlu Cəlalzadə tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, adıçəkilən şəxs ötən ilin dekabrında elə həmin yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan 700 manat pul aparıb. Bundan başqa, C. Cəlalzadə yanvarın 4-də rayonun Musaküçə kəndində yerləşən, Cəmaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək 300 manat pul aparıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

* * *11:53

Masallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. "Report"un məlumatına görə, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub. Qarətçi qaçaraq hadisə yerindən uzaqlaşıb.

Masallı Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxsi saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...