26 yaşlı oğlan "Viagra" qəbul edib öldü

26 yaşlı oğlan "Viagra" qəbul edib öldü


Bakıda faciəvi hadisə baş verib

Bakıda 26 yaşlı oğlan müəmmalı şəkildə ölüb. Lent.az-ın məlumatına görə, Tibb Universitetinin yaxınlığındakı binalardan birində Gəncə sakini, 1990-cı il təvəllüdlü Murad Hüseynovun meyiti tapılıb. İlkin müayinə nəticəsində onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Hüquq-mühafizə orqanları əməkdaşları mənzildən cinsi istəyi artıran “Viagra” həbləri və onların qablarını aşkarlayıblar. 26 yaşlı oğlanın da məhz bu həblərin təsiri altında vəfat etdiyi ehtimal edilir.

Bildirilir ki, hadisənin baş verdiyi ev M.Hüseynovun dostuna məxsus olub və o, həmin gün evdə qadınla birgə olub.

Araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...