Ordumuzla bağlı yalan məlumat yayan şəxs tutuldu - RƏSMİ

Ordumuzla bağlı yalan məlumat yayan şəxs tutuldu -
Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.

DİN-in Mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən davam etdirilən tədbirlərlə “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.

Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...