Azərbaycandan Gürcüstana keçmək istəyirdilər – Saxlanıldılar

Azərbaycandan Gürcüstana keçmək istəyirdilər –
Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları saxlanılıblar.

Gundeminfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...