İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib.

Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektriklə işləyən mexaniki indikasiyalı qol saatları gətirilib. Bir ədəd belə saatın orta gömrük dəyəri 9 min 988 dollar (16 980 manat) olub. Bundan başqa İsveçrədən 4 ədəd qiymətli metaldan korpusu olan avtomatik qurulma ilə işləyən qol saatları gətirilib ki, bunların da bir ədədinin orta gömrük dəyəri 15 477 dollar (26 312 manat) olub.

Qiymətli metal korpusu olan daha 3 saat isə Böyük Britaniya və Çindən gətirilib. Böyük Britaniyadan gətirilən 2 saatın gömrük dəyəri 1 260 dollar, Çindən gətirilən 1 saatın gömrük dəyəri isə 380 dollar olub.

Onu da bildirək ki, yanvar ayında Çindən Azərbaycna 76 min 615 ədəd adi korpuslu saat idxal olunub. Bir ədəd belə saatın gömrük dəyəri 97 sent (1,6 manat) olub. İsveçrədən də 8 ədəd adi korpuslu saat gətirilib ki, onun da bir ədədinin gömrük dəyəri 5 min 495 dollar (9 342 manat) olub.

Bunlardan başqa Türkiyədən gətirilən 124 ədəd adi korpuslu elektriklə işləyən mexaniki indikasiyalı qol saatlarının bir ədədinin orta gömrük dəyəri 36 dollar təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...