Azərbaycanda qadın dövlətə xəyanətə görə həbs edilib

Azərbaycanda qadın dövlətə xəyanətə görə həbs edilib
Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Gundeminfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb.

Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...