Lalə Rəcəbova 202 nəfərə yarım milyon zərər vurdu

Lalə Rəcəbova 202 nəfərə yarım milyon zərər vurdu
Bakı şəhərində 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, artıq vətəndaş həbs edilib, polis tərəfindən istintaq aparılır.

"Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə Avion Travel MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...