Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində vəzifəli şəxslər ölüb - YENİLƏNİB

Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində vəzifəli şəxslər ölüb -


Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Daşkəsən rayon Mədəniyyət Şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.

***

Daşkəsən. Azər Məmmədli - APA. Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kəndi ərazisində “Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində iki nəfər ölüb. Xəsarət alanların olduğu da bildirilir. Hazırda hüququ-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...