Bakıda çimərlikdə 27 yaşlı kişi qətlə yetirildi

Bakıda çimərlikdə 27 yaşlı kişi qətlə yetirildi
yunun 19-da saat 03 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvvəllüdlü Süleymanlı Mətləb Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
354 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...