Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub

Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub
Bu ilin ilk yarısında Azərbaycanda 143 nəfər 14-17 yaşlı uşaq məhkum olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə müxtəlif cinayətlərə görə məhkum olunan uşaqların ümumi sayı 4,7% və ya 7 nəfər azalıb.
Məlumat üçün bildirək ki, məhkum olunan uşaqların 139-u oğlan, 4-ü isə qız olub.
Onlardan 35-i 14-15 yaşlarında, 108-i isə 16-17 yaşlarında olub.
Məhkum olunan uşaqların 133-nün hər iki valideyni, 10-nun bir valideyni olub.
Onu da bildirək ki, məhkum olunan uşaqların 30-u şagird, 74-ü işləməyən və oxumayan, 39-u isə işləyən uşaqlar olub.
Məhkum olunan şagirdlərin sayı son bir ildə 20% artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...