Beyləqanda iş tapa bilməyən kişi özünü asdı

Beyləqanda iş tapa bilməyən kişi özünü asdı


Faktla bağlı araşdırma aparılır. Beyləqanda intihar baş verib. GUNDEMİNFO.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, rayonun Kəbirli kəndində 44 yaşlı kişi özünü asıb. Mərhumun qohumunun verdiyi məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan Nuru oğlu İsmayılov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.


Onun asılmış meyitini yeznəsi aşkar edib və ilkin yardım göstərmək istəyib. Lakin Əlixan İsmayılov artıq dünyasını dəyişmiş olub. Mərhumun yaxınının bildirdiyinə görə, ali təhsilli olan 44 yaşlı kişi uzun müddətdir ki, iş tapa bilmədiyindən gileylənirmiş. Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Özünü öldürən kişinin iki övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...