İlhamə Quliyevanın oğlunun həbs olunan dostu dələduzluqda təqsirləndirilir

İlhamə Quliyevanın oğlunun həbs olunan dostu dələduzluqda təqsirləndirilir


Bir müddət əvvəl axtarışa verilən Bəkirov Vüqar Nadir oğlu həbs edilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Vüqar Bəkirovun məhkəmə prosesi hazırda davam etdirilir. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V. Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyinə görə, hakim Ramin Qurbanov tərəfindən bir ay bundan əvvəl axtarış haqqında qərar qəbul edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V. Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq təcridxanasında saxlanılır.

V. Bəkirovun vəkili Elmira Məmmədova APA-ya açıqlamasında bildirib ki, Biləsuvar rayon sakini Məmmədov Oruc Bakir oğlu V. Bəkirovdan şikayət etdiyi üçün onun barəsində cinayət işi başlanılıb.

Vəkilin sözlərinə görə, V. Bəkirovla bağlı hazırda 2 cinayət işi var. Onlardan birinə Binəqədi rayon Məhkəməsində , digərinə isə Yasamal rayon Məhkəməsində baxılır.

Onu da qeyd edək ki, V. Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...