Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradıldı

Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradıldı


Azərbaycan Prezidentinin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb

DGK Mətbuat Xidmətindən verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini Rza Həsənəliyev başçılıq edir.

Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...