İlham Mirzəyev kömək olmadan hərəkət edə bilmir - Vəkil

İlham Mirzəyev kömək olmadan hərəkət edə bilmir -


Dələduzluqda təqsirləndirilən tanınmış aparıcı İlham Mirzəyev yenidən həkim müayinəsindən keçirilib. Bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.

Vəkil fevralın 10-da səhhəti ilə bağlı İ.Mirzəyevə baş çəkib və səhhəti ilə maraqlanıb: "Səhhətində yaxşıya doğru heç bir irəliləyiş yoxdur. Ağrılardan ayaqları tutulub, yeriyə bilmir. Müraciətimizdən sonra yenidən müayinədən keçirilib və səhhətində irəliləyiş olub-olmaması yoxlanılıb. Görüş zamanı şahidi oldum ki, kiminsə köməyi olmasa, sərbəst hərəkət edə bilmir. Məsələn, mənimlə görüşdən sonra onun ayağa qalxmasına mən yardım etdim, təkbaşına ayağa qalxa bilmədi. Ona görə də İlhamın təcili müalicə müəssisəsinə köçürülməsinə ciddi ehtiyac var".

T.Abdiyev deyib ki, İ.Mirzəyev yaxın günlərdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...