Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edildi

Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sakit Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mahmud Ağalarov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Ş.Həşimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Ş.Həşimov bir neçə şəhər sakinin etimadını qazanaraq onlardan pul alaraq qaytarmayıb. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduz) maddəsi ilə cinayət işi başlanıb. İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...