Xüsusi əməliyyat: Azərbaycanlılar tutuldu

Xüsusi əməliyyat: Azərbaycanlılar tutuldu


Rusiyada keçirilmiş əməliyyat zamanı 3 azərbaycanlı həbs olunub. Rusiyanın paytaxtı Moskvada saxta əsginas alveri ilə məşğul olan 3 azərbaycanlı tutulub. ANS PRESS-in məlumatına görə, xüsusi təyinatlılar restoranlardan birində 3 Azərbaycan vətəndaşını külli miqdarda saxta pulla yaxalayıb.

Saxlanılan şəxslərin adları açıqlanmasa da onların 25-50 yaşlarında olduğu deyilir. Bundan başqa, tutulan 50 yaşlı azərbaycanlıdan birinin ictimai iaşə məhsullarının təchizatı ilə məşğul olan şirkətin rəhbəri olduğu qeyd olunur.

Xüsusi əməliyyat zamanı azərbaycanlılar restoranlardan birində 500 min rubl (12050 AZN) məbləğində saxta pul satmaq istəyərkən ələ keçirilib. Sonradan onlardan daha 1 milyon rubl məbləğində saxta pul aşkar edilib.

Moskvda həyata keçirilən bu əməliyyatın görüntüləri də yayılıb. Orada azərbaycanlılara bir neçə sual da ünvanlanıb. Məlum olub ki, bu həbs onların həyatında ilk deyil. Azərbaycanlılardan biri bundan əvvəl də bir neçə dəfə müxtəlif maddələrə görə həbsxana həyatı yaşadığını bildirib. "Mən 4-5 ildir ki, Moskvada yaşayıram. Əvvəllər müxtəlif yerlərdə işləmişəm. Amma il yarımdır ki, işsizəm", - deyə azərbaycanlı ona ünvanlanan suallara cavab verib.

Hansı kitab oxuyursunuz, hansı filmə baxırsınız sulaına isə həmyerlimiz: "Mən kitab oxumuram. Öz həyatım başdan ayağa filmdir, başqa filmlərə baxmıram", - deyə cavab verib.

Rusiya DİN-in Moskva üzrə Baş idarəsindən bildiriblər ki, saxlanılan miqrantlara qarşı saxta pul hazırlama, daşıma və dövriyyəyə buraxma ittihamı ilə cinayət işi qaldırılıb. Hazırda saxta pulun hazırlandığı yer və cinayətin digər iştirakçıları müəyyənləşdirilir.

Saxlanılan şəxsləri 8 ilədək azadlıqdan məhrumolma cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...