Gəncədə mənzilə basqın edən maskalılar ev sahibini öldürüblər, arvadına ağır xəsarət yetiriblər

Gəncədə mənzilə basqın edən maskalılar ev sahibini öldürüblər, arvadına ağır xəsarət yetiriblər

Gəncədə maskalılar evə basqın ediblər.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Dədə Qorqud küçəsində bina 19 ünvanında qeydə alınıb. Bir neçə maskalı şəxs Famil Bayramovun mənzilinə girərək, pul tələb edib. Maskalılar onlara heç nə verməyən 1949-cu il təvəllüdlü F. Bayramovu döyərək öldürüblər. Onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Gülnaz Məmmədovanı da döyərək, ona ağır bədən xəsarətləri yetiriblər. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...