Sabiq polis rəisinin oğlu avtoqəzada öldü

Sabiq polis rəisinin oğlu avtoqəzada öldü


Bu gün axşam saatlarında Kürdəmir-İmişli avtomobil yolunun İmişlinin Allahmədətli kəndindən keçən hissəsində sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytı Şirvan bürosunun əldə etdiyi məlumata görə, 27-yaşlı sürücü Anar Hüseynov idarə etdiyi “Range Rover”-markalı 90-EP-003 dövlət nömrə nişanlı avtomaşını sərt döngədə aşıraraq ağır xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, dünyasını dəyişən Anar Hüseynov DİN-in təqaüddə olan polkovniki, vaxtilə Yasamal və Lənkəran rayonlarının polis rəisi işləmiş, əslən İmişli rayonunun Bəcirəvan kəndindən olan Möhübbət Hüseynovun oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...