Sumqayıtda doğuş zamanı körpə ölümü baş verib

Sumqayıtda doğuş zamanı körpə ölümü baş verib


Sumqayıt şəhər 1 saylı Doğum evində körpə ölümü qeydə alınıb. Bu gün çəkisi 3 kiloqram 600 qram olan körpə (qız uşağı) doğuşdan sonra ölüb.

Sumqayıt şəhər Səhiyyə Şöbəsindən APA-ya təsdiqlənib. Bildirilib ki, körpə bu gecə saat 01:35-də doğulub. Bildirilib ki, ciftdə qüsur olub və körpənin döldə əhatə olunduğu suyun hamısı nəcislə əhatə olunub: "Uşağın ağzı, burnu, bütün tənəffüs orqanları nəcislə dolub. Nəcis ciftdə patologiya olan zaman əmələ gəlir. Bəzi uşaqlarda nəcis az olduqda onu çıxartmaq olur, amma bu körpədə çox olduğuna görə doğuşdan sonra hər yandan – ağzından, burnundan, gözündən nəcis axıb. Ona görə də onu təmizləmək, uşağın həyatınI xilas etmək mümkün olmayıb. Körpə doğulandan 2 dəqiqə sonra ölüb".

Məlumata görə, bu, ananın birinci hamiləliyi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...