Portuqaliyanın təhsil naziri Rio-de-Janeyroda qarət edildi

Portuqaliyanın təhsil naziri Rio-de-Janeyroda qarət edildi


Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Rio-de-Janeyro küçələrində qarət edilib.

RİA "Novosti" xəbər verir ki, oğru dərhal yaxalanıb. Nazir Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gəlib. Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib. T.B.Rodriges bu tələbi yerinə yetirib.

Amma cinayətkar çox uzağa gedə bilməyiblər. Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...