Bakı sakini qadını sosial şəbəkədə biabır edəcəyi ilə hədələyərək ondan 900 dollar tələb edib

Bakı sakini qadını sosial şəbəkədə biabır edəcəyi ilə hədələyərək ondan

Bakı sakini qadını sosial şəbəkədə biabır edəcəyi ilə hədələyərək ondan 900 dollar tələb edib. “Report”un xəbərinə görə, bu barədə DİN məlumat yayıb.

Belə ki, avqustun 10-da Sumqayıt şəhər sakini L.Ağayeva Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) müraciət edərək cari ilin may ayında Ruslan adlı tanışının onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 900 ABŞ dolları pul tələb etməsini, habelə polisə müraciət edəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələməsini bildirib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov tutulub. Araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...