MTN-də Şeyxə qarşı ifadə verməsi istənilən ilahiyyatçı hakim qarşısında

MTN-də Şeyxə qarşı ifadə verməsi istənilən ilahiyyatçı hakim qarşısında


Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib. Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüıseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Qeyd edək ki, ilahiyyatçının vəkili Əfqan Məmmədov bildirir ki, ittihamların heç biri mötəbər sübutlara söykənmir və ortada konkret faktlar yoxdur. Qapalı keçirilən məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək. E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi. O, özünün günahsız olduğunu deyir.

E.Mustafaoğlu 2006-2007-ci illərdə "İctimai" TV-də kanalında "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub. Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edili. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...