Bakıda bir nəfər özünü körpüdən atmaq istəyib

Bakıda bir nəfər özünü körpüdən atmaq istəyib

Bakıda intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Nizami rayonunda bir nəfər intihar etmək məqsədi ilə körpünün üstünə çıxıb. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:17-də başa çatıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...