Özbəkistan Mətbuat və İnformasiya Agentliyinin baş direktoru həbs olunub

Özbəkistan Mətbuat və İnformasiya Agentliyinin baş direktoru həbs olunub


Özbəkistan Milli Təhlükəsizlik Xidməti ölkənin Mətbuat və İnformasiya Agentliyinin baş direktoru Omonullo Yunusovu həbs edib.

“Report” TASS-a istinadən xəbər verir ki, O.Yunusov “Özbəkistan” nəşriyyat evinin rəhbərliyinə qarşı başladılan cinayət işi çərçivəsində tutularaq, istintaqa cəlb edilib.

O.Yunusov 2013-cü ildən Mətbuat və İnformasiya Agentliyinə rəhbərlik edir.

Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilib ki, o, dövlət büdcəsindən kitab nəşrinə ayrılmış maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir”.

Qeyd edək ki, Özbəkistan Mətbuat və İnformasiya Agentliyi informasiya mübadiləsi, çap, poliqrafiya fəaliyyəti, dövri mətbuatın paylanması sahələri ilə məşğul olan dövlət orqanıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...