Qadın alverində suçlanan prodüserin məhkəməsi başladı

Qadın alverində suçlanan prodüserin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış prodüser Vəfa (Vaqifqızı) Məmmədovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Məhkəmə prosesi iyunun 19-na təyin edilib. Qeyd edək ki, qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Vəfa Məmmədova ötən ilin dekabr ayında həbs olunub. V.Məmmədova barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zərərçəkmiş qadınların sayı 4 nəfərdir.

V.Məmmədova şou-biznesdə bir çox tanınmış müğənnilərin yanında çalışıb. O, əvvəllər əməkdar artist Nüşabə Ələsgərlinin, Mənzurə Musayevanın prodüseri olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...