Məhkəmədə qalmaqal: təqsirləndirilənlər zərərçəkmişi hədələdi

Məhkəmədə qalmaqal:


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ramin Ayvazov və Hüseyn Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 16-na keçən gecə Səbail rayonu ərazisində yaşayan Teymur Cəlilovun evindən məişət əşyaları oğurlanıb.

Bir gün sonra, yəni dekabrın 17-də şəxsiyyəti məlum olmayan 2 nəfər Teymur Cəlilovu ofisində bıçaqla hədələyib və onun mobil telefonunu alıblar. Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ramin Ayvazov və əvvəllər məhkum olunmuş Hüseyn Rəhmanov tutulublar.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlər özlərini günahkar biıməyiblər. Daha sonra zərərçəkmiş Teymur Cəlilov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslər onun evinə basqın ediblər: "Raminlə Hüseyn ofisə də basqın edib məndən pul tələb etdilər". Zərərçəkmişin ifadəsi zamanı təqsirləndirilən şəxslər ona etiraz ediblər. Prosesdə mübahisə yaranıb. Gərginlik zamanı Pentensiar Xidmətinin əməkdaşları hər iki şəxsi məhkəmə zalından çıxarıblar. Proses sentyabrın 16-da davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
860 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...